Xarkova zərbə endirildi – VİDEO

Xarkova zərbə endirildi - VİDEO

Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə zərbə endirib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, zərbə çoxmərtəbəli binaya dəyib.

Hadisə zamanı binanın 2 mərtəbəsi dağılıb. Nəticədə 2 nəfər həlak olub, daha 34 nəfər isə xəsarət alıb.

Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında hadisə yerindən görüntülər paylaşıb.