“Maydan” Ukraynaya ancaq deqradasiya və dağıntı gətirib.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın keçmiş Baş naziri (2010-2014) Nikolay Azarov deyib.
O bildirib ki, çevriliş hadisələrinin arxasında ABŞ-ın dayandığına heç bir şübhə ola bilməz:
“On il çox böyük bir dövrdür. Bu, ölkə üçün itirilmiş vaxt deməkdir. Bu müddət ərzində nəinki deqradasiya və ölkənin dağılması prosesi, eləcə də elm, mədəniyyət, incəsənət sahəsində də böyük itkilər baş verib”.
Keçmiş baş nazir xüsusilə Ukrayna sənayesinin deqradasiyaya uğradığına, ölkənin real ÜDM-nin 2013-cü illə müqayisədə 3 dəfə azaldığına, əhalinin əhəmiyyətli hissəsinin yoxsulluq həddində olduğuna diqqət çəkib.
Azarov “Maydan”dakı hadisələrin arxasında ABŞ-ın dayandığına şübhə olmadığını vurğulayıb:
“Biz çox yaxşı bilirdik ki, çevrilişin qərargahı Amerika səfirliyindədir. “Maydan”ın qondarma liderləri isə hər gün Amerika səfirliyinə gedib məlumat alırdılar”.
Əliyar Xəlil
Globalinfo.az