ac49e 1722760488

İsrailin Qəzza zolağının şimalındakı Beyt Lahiya şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin  sayı 93 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, ABŞ episentri beş mərtəbəli yaşayış binası olan bu hücumu pisləyib və “dəhşət” adlandırıb.

İsrail ordusu isə mülki vətəndaşların ölməsi ilə bağlı məlumatların yoxlanıldığını bildirib.

Əl-Cəzirə telekanalının məlumatına görə, Fransa xarici işlər nazirliyi də bu hücumu pisləyib.

“Qəzzanın şimalına tətbiq olunan mühasirə dərhal dayandırılmalıdır”, – deyə Fransa XİN-in bəyanatında vurğulanıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: