FotoJet 2022 12 20T155259.259

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Yer kürəsinin ən soyuq nöqtəsinin harada yerləşdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı NASA “Facebook” sosial şəbəkəsində paylaşım edib.

Yumoristik paylaşımda bildirilib ki, Şərqi Antarktika pIatosunda yerləşən dağ silsiləsində gecələr temperatur -92,7 dərəcəyə enir.

“İstirahətiniz üçün ən soyuq yer axtarırsınız? Orada heç kimi görə bilməzsiniz, lakin Yer kürəsində tapdığımız ən soyuq yer Şərqi Antarktika platosunda yerləşən hündür dağ silsiləsidir. Aydın qış gecəsində bu ərazidə temperatur -92,7 dərəcəyə qədər düşə bilər”, – deyə NASA-dan qeyd edilib.

Bu dərəcədə temperaturun hətta benzini belə, dondura biləcəyi vurğulanır.

FotoJet 2022 12 20T155437.676 FotoJet 2022 12 20T155452.802 FotoJet 2022 12 20T155522.780 FotoJet 2022 12 20T154801.131 FotoJet 2022 12 20T155230.129

Paylaş: