rusiya ukrayna 1 1068x709 1 768x403 1

“Putinin ultimatumu münaqişəyə son qoymaq üçün ən yaxşı ssenaridir”.

Globalinfo.az xəbər verir ki, bunu ukraynalı politoloq Pavel Şelin deyib.

Onun sözlərinə görə, Kiyev artıq münaqişədə uduzub. Bu səbəbdən də Ukrayna tərəfi üçün sülh şərtləri çətin olacaq. Lakin Kiyev hakimiyyəti bunu etiraf edə bilməz.

“Bu baxımdan hərbi əməliyyatlar davam edəcək. Kiyev münaqişəyə son qoymaq üçün hələ də fantastik variantları müzakirə edir. Hələlik reallığa yaxın olan hər hansı bir şeyi müzakirə etməyə hazır deyilik. Ona görə də, Putinin BRİKS sammitindəki ultimatumu Kiyev üçün ən yaxşı ssenaridir. Lakin Ukraynada bu, qadağan olunmuş mövzudur”, – deyə ukraynalı ekspert vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: