“Ermənistanla Azərbaycan arasında danışıqların vasitəçisiz şəkildə aparıldığı açıqlandı, lakin sonra Türkiyənin vasitəçi qismində dəvət edildiyi məlum oldu”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının sədri Ayk Maycanyan deyib.
O, Ankaraya Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesində vasitəçilik rolunun rəklif olunduğunu iddia edib:
“Ermənistanın Baş naziri Nikol Paşinyan bir çox ölkələr və beynəlxalq təşkilatların vasitəçilik təklifini rədd etdi. Lakin bəzi mənbələrdən əldə etdiyimiz məlumatlara görə, baş nazir Türkiyəni Azərbaycanla Ermənistan arasındakı sülh prosesində vasitəçi olmağa çağırıb. Bunun üçün Ankaraya rəsmi dəvət ünvanlayıb”.
Qeyd edək ki, ötən gün Nikol Paşinyan Kazanda keçirilən BRİKS+ sammitində çıxışı zamanı sülh danışıqlarının ikitərəfli formatda, heç bir vasitəçi olmadan davam etməli olduğunu deyib.
Əliyar Xəlil
Globalinfo.az