“Müxalifət başqa ölkənin gündəmini izləmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Biz qərar vermişik və xalq bizi sülhün bərpası məsələsində dəstəkləyir. Bu dövr ərzində fərqli problemlərlə qarşılaşırıq və onların həlli bizim işimizdir. Əgər bu problemlər olmasaydı, sülh razılaşması artıq bitmişdi”, – o bildirib.
O, Ermənistanın son vaxtlar Azərbaycanın vədinin olduğu heç bir müzakirədə maneə ilə rastlaşmadığını deyib.
Əliyar Xəlil
Globalinfo.az














