“NATO Rusiyaya yardım göstərdiyinə görə Çini təhdid edə bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “Der Spiegel” jurnalı məlumat dərc edib.
İngiltərə nəşrinin mövqeyinə görə, Pekinə qarşı mövcud siyasət nəticə vermədiyindən hərbi blok Çinin yardımını dayandırmaq üçün addımlar atmalıdır.
Nəşr yazır ki, ABŞ və Böyük Britaniyanın nümayəndələri NATO-nu Çinə qarşı ritorikasını sərtləşdirməyə çağırıb. Bu təklif Hollandiyada da dəstəklənib.
Nəşr qeyd edir ki, sərt xətt tərəfdarları alyansın qalan üzvlərini də razı sala bilsələr, o zaman Çin tezliklə Rusiya, İran və KXDR-in daxil olduğu “NATO təhlükəsi” ölkəsinə çevrilə bilər.
Lakin Berlin buna qarşıdır. Almaniya nümayəndəsi xəbərdarlıq edib ki, Çin haqqında vaxtından əvvəl nəticə çıxarmaq olmaz. Fransa və Macarıstan da Pekinə qarşı daha sərt ritorikadan ehtiyat etdiyini açıqlayıb.
NATO üzvləri arasında Pekinlə bağlı fikir ayrılıqlarına görə, Şimali Atlantika Alyansı bu məsələ ilə bağlı qərar qəbul etməyi təxirə salıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az