“İranla İsrail arasında müharibənin baş verməsi, ümumiyyətlə, Tehranın zəifləməsi Ermənistan üçün sərfəli deyil”.
Globalinfo.az xəbər verir ki, bunu erməni iranşünas Emma Begicanyan deyib.
O, Tehranla İrəvan arasında əlaqələrin dərin olduğunu, baş verəcək müharibənin erməniləri təhlükəyə atacağını bildirib:
“Əvvəl İran-Ermənistan sərhədində ruslar xidmət edirdi. İran xalqı sərhədi keçəndə deyirdilər ki, niyə orada ermənilər yox, əcnəbilər dayanmalıdır? Avtomobillərin üzərində Rusiya Prezidenti Vladimir Putinin fotosunu görəndə şikayətlənirdilər. Yeni qərara əsasən, Rusiya hərbçiləri sərhəddən çıxır, yerlərini ermənilərə təhvil verirlər. İranlıların məsələyə reaksiyası çox müsbət oldu.
İran müharibə olacağı təqdirdə bütün regionu məsələyə qarışdırmaq iqtidarındadır. Yəni bizim üçün vəziyyət yaxşı olmayacaq. Çünki bizi də münaqişəyə cəlb edəcəklər”.
Ayşən Mustafa
Globalinfo.az