“İran yalnız Yaxın Şərqdə deyil, bütün dünyada sülhə təhdiddir”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri israil Katz deyib.
İsrail və Yaponiyanın xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Katz İranın raket hücumu fonunda Tokionun dəstəyinə görə minnətdarlığını bildirib və İslam Respublikasına qarşı sanksiyaların sərtləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.
“Bu gün Yaponiyanın xarici işlər naziri Takeşi İvai ilə danışdım. Mən İranın nüvə proqramını dayandırmaq üçün Tehrana qarşı ciddi sanksiyaların tətbiqinin vacibliyini vurğuladım. İran təkcə Yaxın Şərqdə deyil, həm də bütün dünyada sülhə təhdiddir. Yaxın Şərqi sabitləşdirməyin və bütün sakinlər üçün iqtisadi inkişafı təmin etməyin yeganə yolu İrana qarşı qətiyyətli mövqe tutmaq və ona təzyiqləri artırmaqdır”, – deyə Katz vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az