patrast em henc vaghn el vayr n225195 1

“Nikol Paşinyan sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan dövlət komissiyalarının işi haqqında əsasnaməni bilərəkdən imzalamır ki, sonra məsuliyyəti başqalarının üzərinə atsın”.

Globalinfo.az xəbər verir ki, bunu erməni deputatı Taquhi Tovmasyan deyib.

O bildirib ki, Paşinyan baş nazirin müavininə etibarnamə verib və sənədi Mher Qriqoryan imzalayıb.

“Belə olan halda Paşinyan deyə bilər ki, sənədi Mher Qriqoryan imzalayıb. Konstitusiya Məhkəməsinin hakimləri isə faktiki olaraq hakimiyyətin qarşıya qoyduğu tapşırığı yerinə yetiriblər. Lakin onlar ölkəni təhlükəyə atıblar”, – deyə Tovmasyan vurğulayıb.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit edilmiş milli məqsədlərin heç bir hüquqi qüvvəyə malik olmadığı barədə qərar qəbul edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: