nBkSUhL2h1Avncq1JL6BrNOp2Z3z8Zj21iDEh fH nKUPXuaDyXTjHou4MVO6BCVoZKf9GqVe5Q CPawk214LyWK9G1N5houa mXwiF8vafaiX JrgLCg

“MDB Dövlət Başçıları Şurasının ənənəvi iclası bu il də baş tutdu. Liderlər iki gün ərzində Moskvada bir araya gələrək mühüm məsələləri müzakirə etdilər”.

Bu sözləri Globalinfo.az-a Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov deyib.

Politoloq sammit çərçivəsində vacib ikitərəfli görüşlərin keçirildiyini və kritik mövzulardan danışıldığını bildirib:

“Dövlət başçıları ilə yanaşı xarici işlər nazirləri də bir araya gəldilər, bu iclas da maraqlı hadisələrlə yadda qaldı. Sonuncu dəfə belə yüksək səviyyədə keçirilən tədbir Avropa İttifaqının zirvə toplantısı idi. Ermənistanın Baş naziri Nikol Paşinyanın orada da Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək şansı vardı. Yəni Paşinyan hər vəchlə dilə gətirdiyi “sülh sənədini imzalamaq istəyirik” sözlərini reallaşdıra bilərdi. Amma bu, baş tutmadı. Hətta Böyük Britaniyanın yeni baş naziri də Azərbaycan və Ermənistan rəhbərlərinin Londonda ikitərəfli görüşü ilə bağlı təklif irəli sürdü. Amma Paşinyan bu görüşdən də imtina etdi”.


Xəyal Bəşirov

X.Bəşirovun sözlərinə görə, Ermənistanın baş nazirinin Azərbaycan Prezidenti ilə ikitərəfli görüşdən yayınmasına səbəb Fransadır:

“Paris bu məsələdə İrəvana ciddi təzyiq edir. Təcrübə göstərir ki, məğlub tərəf sülhdə maraqlı olmalı, görüşlər keçirməlidir. Amma Ermənistan bunların heç birini etmir, beləliklə Moskvada da bənzər bir təşəbbüs olmadı.

Digər yadda qalan bir məqam isə İrəvanın XİN başçılarının görüşündə imzalanan iki bəyanatdan imtina etməsidir. Bunlardan biri Avrasiyada təhlükəsizlik prinsipləri”, digəri isə “Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” ilə bağlıdır. Biz bilirik ki, Nikol Paşinyan son illərdə Ermənistanda Rusiyanın mövqelərinin zəifləməsi istiqamətində addımlar atır. Bu, Qərbin əsas hədəfidir. İrəvan Moskvanın Qafqazdan tam çıxmasını istəməsə də, təsirinin zəiflədilməsinə çalışır. İstənilən halda bu, təhlükəli oyundur, Paşinyanın həyatı ortadadır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: