“İran düşmənlərlə qarşılaşmaq üçün bir sıra ssenarilər hazırlayıb”.
Globalinfo.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Rza Tanqsiri deyib.
O, İsrailin baş naziri Benyamin Netanyahuya xəbərdarlıq edib vəı “odla oynamamağı” məsləhət görüb.
“İsrail rejimi İslam Respublikasına qarşı hərbi əməliyyat ritorikasını artırıb. Ancaq İran istənilən şəraitdə düşmənin öhdəsindən gəlməyə tam hazırdır. Tehranın hər bir vəziyyət üçün planları var. Bunlardan biri də, gələcək insidentlərlə bağlı fövqəladə hallar planının işə salınmasıdır”, – deyə Tanqsiri vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az