Fransa İsrail Baş naziri Benyamin Netanyahunun bu ölkənin prezidenti Emmanuel Makronun silah embarqosu fikrinə reaksiyasını həddə artıq ağır hesab edir.
Globalinfo.az xəbər verir ki, məlumatı Fransa Prezident Administrasiyası yayıb.
“Həddən artıq ağır sözlər Fransa və İsrail arasındakı dostluğa uyğun deyil”, – açıqlamada yer alıb.
Makronun administrasiyasından bildiriblər ki, Fransa İsrailin əvəzedilməz dostu olaraq qalır.
Qeyd edək ki, Makron bundan öncə İsrailə Qəzzadakı əməliyyatı dayandırması üçün silah tədarükünü dayandırılmasını təklif edib. O, həmçinin İsrailin Livandakı əməliyyatının qəbuledilməz olduğunu bildirib. Netanyahu isə öz növbəsində Makronun açıqlamasını biabırçılıq adlandırıb və İsrailin öz düşmənlərinə Qərbin köməyi olmadan da qalib gələcəyini söyləyib.
Əliyar Xəlil
Globalinfo.az