Oktyabrın 7-8-də Qırğızıstan Prezidenti Sadır Japarov Rusiyaya səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev bildirib.
Məlumata görə, oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının keçiriləcək növbəti iclasında Japarov da iştirak edəcək.
“MDB Dövlət Başçıları Şurasının qarşıdan gələn iclasında Birlik üzvü olan dövlətlər arasında ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinə yönəlmiş mühüm qərarlar qəbul ediləcək”, – Azımbakiyev qeyd edib.