Son 24 saat ərzində İsrailin Livana endirdiyi zərbələr nəticəsində 25 nəfər ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi yanında Təcili Əməliyyatlar Mərkəzinin “X” hesabında paylaşılıb.
“Son 24 saat ərzində İsrail Ordusunun Beyrut və Baalbek-Hermel, Bekaa, Livan dağı, Nəbatiyyə, Səidə və Tire əyalətlərindəki yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində 25 nəfər ölüb, 127 nəfər yaralanıb” – məlumatda bildirilib.