qarabag 1

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatdı.

***

59-cu dəqiqədə Juninyo topu qapıya göndərsə də, hakim epizodu ofsayt kimi qiymətləndirdi.

***

Erik Botheym 2-ci qolu “Qarabağ”ın qapısından keçirir – “Qarabağ” 1:2 “Malmö”

***

İkinci hissə başladı.

***

İlk hissə 1:1 hesabı ilə başa çatdı. Fasilə.

***

19-cu dəqiqədə qonaqlar hesabı Erik Botheymin qolu sayəsində bərabərləşdirir – 1:1.

***

“Qarabağ” Juninyonun 15-ci dəqiqədə vurduğu qol sayəsində hesabı açdı – 1:0.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun “Qarabağ” – “Malmö” (İsveç) oyunu start götürüb.

Globalinfo.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.

***

UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda bu gün Bakıda keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) matçının start heyətləri bəlli olub.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: Fabiyan Buntiç, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Julio Romao, Elvin Cəfərquliyev, Kevin Medina, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Olavio Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.

“Malmö”: Dahlin, Rösler, Yansson, Busanello, Pena, Yohansen, Larsson, Kristiansen, Botheim, Kiese Thelin, Berq

Baş məşqçi: Henrik Ridström

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.

***09:24

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün İsveç təmsilçisi “Malmö” ilə qarşılaşacaq.

Globalinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti saat 20:45-də səslənəcək.

Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi

II tur

3 oktyabr

20:45. “Qarabağ” – “Malmö” (İsveç)

Baş hakim: Anastasios Papapetru.

Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda səfərdə “Tottenhem”ə 0:3 hesabı ilə uduzmuşdu. “Köhlən atlar” turnirdə növbəti matçını oktyabrın 24-də Bakıda “Ayaks”a (Niderland) qarşı keçirəcək.

Paylaş: