Makrondan İranın İsrailə hücumuna reaksiya

Makrondan İranın İsrailə hücumuna reaksiya

Fransa Prezidenti Emmanuel Makron İranın İsrailə zərbə endirməsini qınayıb.

Globalinfo.az xəbər verir ki, Makron ABŞ-ın maraqlarının müdafiəsi üçün Tehrana qarşı müqavimət göstərməyə hazır olduğunu deyib:

“Biz ABŞ-ın maraqları və ordularının İran və onun dəstəklədiyi qruplardan müdafiəsi üçün bütün fəaliyyətlərə hazırıq”.

E.Makron həmçinin bildirib ki, Paris Yaxın Şərqdə Tehrana qarşı müqavimət üçün bütün hərbi resurslarını səfərbər edib.

Fransa prezidenti İsrailə müraciətində hərbi əməliyyatları tezliklə dayandırmasını xahiş edib.

Əliyar Xəlil
Globalinfo.az