sehrac

ABŞ Dövlət Departamentinin “Ədalət üçün mükafat” proqramı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü Şəhram Pursəfinin barəsində məlumat verənə 20 milyon dollar mükafat təyin edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəanatında deyilib.

Bildirilib ki, Şahin Purbəxş ləqəbi ilə tanınan Pursəfi Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona sui-qəsd planlaşdırmaqda ittiham olunur.

“Ədalət üçün Mükafat” proqramı X sosial şəbəkəsindəki paylaşımında ​​yazıb ki, 2021-ci ilin oktyabrından 2022-ci ilin aprelinə qədər SEPAH üzvü Boltonu öldürmək üçün adamlar cəlb etməyə çalışıb.

“Onun məsuliyyətə cəlb edilməsinə kömək edin”, – paylaşımda qeyd edilib.

Paylaş: