peskov 1

İsraillə Livan arasında vəziyyət son dərəcə təhlükəlidir və biz bundan narahatıq.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, hazırda Yaxın Şərqdə hər hansı bir həllin mümkünlüyündən danışmaq çətindir:

“Sülh yolu ölkələrin birinin monopoliyasındadır və hələlik heç bir uğuru qeyd etmək olmaz. Hazırda heç bir ehtimal müəyyən edə bilmirik. Bu, vəziyyəti potensial olaraq daha təhlükəli edir”.

Paylaş: