vlcsnap 2024 09 22 13h13m48s597 copy

İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostinlə Qəzzadakı vəziyyəti müzakirə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İsrael Today” məlumat dərc edib.

Məlumata görə, tərəflər İsrailin Livanla şimal sərhədindəki vəziyyəti müzakirə ediblər.

Qalant Ostini Hizbullahın təhlükəsi və  İsrail ordusunun əməliyyatları haqda məlumatlandırıb.

“Biz digər məsələlərlə yanaşı, regional vəziyyəti və İran və onun proksi qüvvələrinin yaratdığı təhlükəni müzakirə etdik”, – deyə İsrailin müdafiə naziri vurğulayıb.

Bu arada İsrail Beyruta yenidən zərbələr endirib. Baş nazir Benyamin Netanyahu isə bunun hələ başlanğıc olduğunu deyib.

“Mən söz vermişdim ki, biz ölkənin şimalında təhlükəsizlik və güc balansını dəyişəcəyik. Biz indi məhz bunu edirik. Bizi çətin günlər gözləyir”, – deyə Netanyahu əlavə edib.

Qeyd edək ki, İsrail ordusunun Beyruta zərbələri nəticəsində Hizbullahın cənub cəbhəsinin komandirlərindən olan Əli Kərki məhv edilib.

Müşviq Tofiqoğlu,
Globalinfo.az

Paylaş: