İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində qaz partlayışında ən azı 51 nəfər ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
***10:00
İranın Cənubi Xorasan vilayətindəki Təbas kömür mədənində qaz partlayışı olub.
Globalinfo.az xəbər verir ki, yerli media hadisə nəticəsində azı 30 nəfər öldüyünü, 17 nəfər yaralandığını yazıb..
Qızıl Aypara Cəmiyyəti 24 nəfərin axtarışlarının davam etdiyini açıqlayıb.
Qəzaya mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub.