ba0276f9 efcc 3398 839f 2e6a9ace47d7 850

Azərbaycanın güləşçiləri Qazaxıstanın Atırau şəhərində təşkil olunan sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turnirində üç medal qazanıb.

Güləş Federasiyasından Globalinfo.aza verilən məlumata görə, Kənan Heybətov (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Əşrəf Aşırov (79 kq) gümüş, Musa Ağayev (65 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, yarışda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 3 güləşçi təmsil edib.

Paylaş: