Jotanın ailəsinə bu qədər pul ödəniləcək – Məbləğ

jota

İngiltərənin “Liverpul” klubu avtomobil qəzasında dünyasını dəyişmiş futbolçu Dioqu Jotanın müqavilə üzrə qalan pulunu ailəsinə ödəyəcək.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin əzizləri 8 milyon funt sterlinq alacaqlar.

Jotanın “Liverpul”la əmək müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, iyulun 3-də İspaniyanın qərbindəki Samora əyalətində baş vermiş yol-nəqliyyat qəzasında Dioqu Jota və Portuqaliyanın “Penafiel” komandasında çıxış edən qardaşı Andre Silva həlak olub. Hər iki futbolçu avtomobildə yanıb.

Hadisədən bir neçə gün əvvəl Jota evlənmişdi.