Ermənistanda güclü partlayış: Xəsarət alanlar var

Ermənistanda güclü partlayış: Xəsarət alanlar var

İrəvanda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, maye-qaz yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində 3 nəfər xəsarət alıb.

İlkin məlumata görə, partlayış yardım otağında baş verib.

Hadisə yerinə 4 yanğınsöndürmə briqadası və xilasedicilər cəlb olunub.

Müşviq Tofiqoğlu
Globalinfo.az