“Rusiya həmişə müttəfiqErmənistanın yanında olub və olacaq”.
Globalinfo.az xəbər verir ki, bu sözlər Rusiyanın İrəvandakı səfirliyinin Ermənistanın Müstəqillik Günü ilə bağlı müraciətində yer alıb.
Səfirlik iki ölkənin münasibətlərinin inkişafının iki xalqın maraqlarına uyğun olduğunu bildirib.
Qeyd edək ki, Rusiya-Ermənistan münasibətləri 2022-ci ildən sonra xüsusilə intensiv şəkildə pisləşməyə başlayıb. Ermənistanın paralel olaraq Qərblə yaxınlaşması diqqət çəkib. Moskva isə buna narazılıq nümayiş etdirir. İrəvan həmçinin KTMT-dəki üzvlüyünü də dondurub.
Lakin diqqət çəkən məqam bu dönəm ərzində Ermənistanla Rusiya arasında iqtisadi münasibətlərin kəskin şəkildə artması olub. Bu da bir çox ekspertlərdə şübhə yaradır.
Əliyar Xəlil
Globalinfo.az