abs 2 1

“ABŞ Rusiyaya qarşı sanksiyalar rejimini daha da sərtləşdirmək niyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik müşavirinin müavini Dalip Sinqx deyib.

O bildirib ki, Rusiyadan neft tədarükünə də sanksiyalar tətbiq edilə bilər:

“Biz elə bir nöqtəyə yaxınlaşırıq ki, həm kölgə donanması, həm də Rusiyanın bazarlara göndərdiyi neft həcminə daha sərt sanksiyalar tətbiq edə bilərik”.

Sinqx həmçinin bildirib ki, ABŞ hökuməti Rusiyanın ixracatını nəzarətdə saxlamaq işi üzərində fəaliyyətini gücləndirmək barədə düşünür.

Paylaş: