Livanda baş verən silsilə partlayışlar bu dəfə İraqda təkrarlanıb.
Globalinfo.az xəbər verir ki, İraqda da rabitə cihazları və naqilsiz telefonlar partladılıb.
Partlayışlar Mosul şəhərində, Haşd əş-Şaabi silahlı qruplaşmasının qərargahında qeydə alınıb.
Belə ki, bir neçə rabitə qurğusu partlayıb. Partlayışlar nəticəsində xəsarət və təlafatın olub-olmadığı barədə məlumat verilmir.
Bu arada İran baş verən partlayışları teroor aktı adlandırıb. Belə ki, İranın BMT-dəki daimi nümayəndəliyi partlayışların İsrailin bölgədə gərginliyi artırmaq məqsədi daşıyan terror hücumu olduğunu bildirib.
“İran Livandakı səfirinə hücumla bağlı lazımi tədbirlər görəcək. Bu məsələ lazımi qaydada araşdırılacaq və beynəlxalq hüquqa uyğun olaraq tədbirlər görüləcək”, – deyə vurğulanıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az