Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun ABŞ-ın tətbiq edəcəyi rüsumlara verəcəyi cavab bəlli olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, liderlər Trampın qərarına cavab olaraq ABŞ-dan Avropaya idxal olunan məhsullara rüsum tətbiq etməyi nəzərdən keçirir.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinə də rüsum tətbiq edə biləcəyini dilə gətirib.
Əliyar Xəlil
Globalinfo.az