Şoyqu İrana getdi: Masada nələr var? – VİDEO

Şoyqu İrana getdi: Masada nələr var? - VİDEO

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana səfər edib.

Globalinfo.az xəbər verir ki, Şoyqu İran prezidenti Məsud Pezeşkianla görüşüb.

O, Putinin mesajını İran prezidentinə çatdırıb. Rusiya Təhlükəsizlik Şurasının katibi Pezeşkiana iki ölkə arasında əldə edilmiş razılaşmalar haqqında hesabatı təqdim edib.

Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda Zəngəzur dəhlizi və kommunikasiyaların açılması məsələsində İslam Respublikasının mövqeyinə xüsusi diqqət yetirilib.

Şoyqunun həmçinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüş keçirdiyi bildirilir.

Müşviq Tofiqoğlu
Globalinfo.az