İran rialının kursu tarixi minimuma enib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb.
Məlumata görə, dollara nisbətdə İran valyutasının dəyəri 384 min riala çatıb. Agentlik rialın dəyər itirməsinə əsas səbəb kimi Avropa Birliyi və Britaniyanın Rusiyaya silah tədarükünə görə tətbiq etdiyi sanksiyaları, eləcə də ölkədə davam edən etiraz aksiyalarını göstərib.
Qeyd edək ki, İran valyutası sentyabrın ortalarından 18% dəyər itirib. Ölkədə davam edən aksiyalar iqtisadiyyatın bir çox sahələrində geriləmələrə səbəb olub. Üstəlik, yerli biznesmenlərin xarici valyutaya tələbi də artmağa başlayıb.
Ümumilikdə İranda valyutanın kəskin dəyər itirməsi 2018-ci ildən başlayır. Belə ki, məhz bu tarixdə ABŞ nüvə razılaşmasından çıxdığını elan edərək, Tehrana qarşı sanksiyaları tarixi maksimuma çatdırıb.
Zaira Akifqızı
Globalinfo.az













