“Miss Turkey 2024”-ün qalibi olan 24 yaşlı İdil Bilgen sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, Bilgenin qalibiyyəti birmənalı qarşılanmayıb və “Türkiyə gözəli” statusuna layiq olmadığı bildirilib.
Daha sonra onun 2023-cü ildən Türkiyənin Ukraynada səfiri olan Mustafa Levent Bilgenin qızı olduğu ortaya çıxıb. Bu fakt narazılığın daha da artmasına səbəb olub.
180 sm boyunda olan İ.Bilgen Türkiyənin məşhur Koç Universitetinin Tibb fakültəsinin məzunudur.

