“Rəsmi İrəvanın Azərbaycanla münasibətlərə dair tezisləri Tehran, Paris və Vaşinqtonda hazırlanır”.
Bu sözləri Globalinfo.az-a Beynəlxalq Münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.
O bildirib ki, Paşinyanın son çıxışları tezislərin İranda hazırlandığına dəlalət edir:
“Diqqətlə baxdıqda son hadisələr arasında məntiqi ardıcıllıq var.
Paşinyanın səsləndirdiyi fikirlər, İranın Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xətti” xatırlatması, Rusiya ilə münasibətlərdə yaşanan gərginlik, Bakı ilə münasibətlərin pozulması – bunlar eynilik təşkil edir.
Ermənistan İranın dəhlizlə bağlı mövqeyindən istifadə edir. Daha dəqiq desək, Tehran Vaşinqton və Parislə müqayisədə daha ciddi təsir gücünə malikdir. Ermənistan da bundan istifadə edir.
Sülh gündəmə gələndə İrəvan “İran kartı”nı aktuallaşdırır, beləcə prosesi uzadır. Bu baxımdan Paşinyanın son çıxışları məhz Tehranla bağlantılıdır”.
Turan Rzayev
Globalinfo.az














