Qənirə Paşayevanın heç yerdə yayılmayan görüntüsü üzə çıxdı – Nadir FOTO

Azərbaycan Televiziyasının (AzTV) rejissoru Elnurə Kazımova özünün sosial şəbəkə hesabında mərhum deputat Qənirə Paşayeva ilə bağlı maraqlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, E.Kazımova deputatın uşaqlıq dövrünə aid bir foto paylaşıb.

Q.Paşayeva təhsil aldığı orta məktəbdə sinif yoldaşları ilə birlikdə çəkildiyi həmin fotoda maraqlı tərzdə görüntülənib. Belə ki, o, müəllim qarşısında dəreə hazır şagird mövqeyi alaraq sağ əlini yuxarı qaldırıb. Adətən bu, uşaqların dərsə cavab vermək istədiyini ifadə edən bir jestdir.

E.Kazımova sözügedən fotonu, – “Ən gözəl foto… O, uşaqlığından hamıdan seçilirdi. Allah o dünyanı gözəl eləsin”, – sözləri ilə paylaşıb.

Əliyar Xəlil
Globalinfo.az