FotoJet 2022 12 14T215046.913

Şuşa-Xankəndi yolunda aksiya iştirakçıları üçün monitorlar yerləşdirilib.

Globalinfo.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, aksiya iştirakçıları futbol üzrə Qətərdə keçirilən Dünya Çempionatına rahat baxsın deyə İTV həmin məkanda oyunu yayımlamaq üçün monitor quraşdırıb.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək. Mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başladı.

5d6554d6 a444 48e1 aa3b 77f11a0062c9

Paylaş: