7637625 1714814055

Alimlər sentyabrın 3-də Günəşdə dörd güclü “M” sinifli partlayış qeydə alıblar.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, gün ərzində ən güclü partlayış Moskva vaxtı ilə saat 19:02-də (Bakı vaxtı ilə 20:02 – red.) baş verib.

“Sentyabrın 3-də 3813 (S18E51) günəş ləkələri qrupunun rentgen diapazonunda 27 dəqiqə davam edən M3.4 partlayışı qeydə alınıb”, – məlumatda deyilir.

Qeyd edilib ki, daha iki partlayış (M1.6 və M1.8) çərşənbə axşamı gecə və bir partlayış (M1.5) səhər qeydə alınıb.

Paylaş: