Davam edən güclü külək Xaçmaz rayonunda fəsadlar törədib.
Globalinfo.az “Report”a istinadən bildirir ki, Xaçmaz-Xudat avtomobil yolunun Nərəcan kəndindən keçən hissəsində külək iri gövdəli ağacı kafenin üstünə aşırıb.
Nəticədə birmərtəbəli tikliyə ciddi ziyan dəyib, kafedə olan şəxslər isə xəsarət alıb.
Həmçinin adıçəkilən ərazidə qırılaraq magistral yola düşən ağac parçaları avtomobillərin hərəkətini çətinləşdirib.
Küləkli hava şəraiti səbəbindən Xaçmaz rayonunun bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.















