1716297362 1565100774 isiq

Xaçmaz rayonunda artıq 10 saatdan artıqdır ki, elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.

Globalinfo.az Bizim.media-ya istinadən xəbər verir ki, güclü külək elektrik xətlərini qırıb və ağaclar xətlərin üstünə aşıb.

Hazırda rayonun 30 kəndi zülmətə bürünüb.

“Azərişıq” ASC-nin Xaçmaz və Xudat elektrik şəbəkələrinin qəza briqadası və işçi heyəti fəsadların aradan qaldırılması ilə məşğuldur.

Bərpa edilən xətləri güclü külək yenidən dağıtdığı üçün enerji verilişi tam bərpa olunmur.

Paylaş: