sərhəd

“Hələ Tavuşda demarkasiya başlamadan öncə Ermənistan-Azərbaycan sərhədindən rus qoşunlarının çıxarılmasını tələb edirdilər və bu oldu”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

O, prosesin davamında Avropa İttifaqının (Aİ) Ermənistana göndərdiyi müşahidə missiyasının da sərhəddən çıxarılacağını bildirib:

“Tavuşda proses başlamazdan əvvəl tələb var idi, icra edildi. Eyni şey prosesin davam edəcəyi bölgədə də olacaq. Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası komissiyasının birgə fəaliyyətinin tənzimlənməsi haqqında saziş Aİ-nin mülki missiyasının Ermənistandan çıxarılması üçün kifayət qədər əsasdır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də bu məsələyə diqqət çəkib. Bakı İrəvana ikitərəfli danışıqların “şirinliyindən” zövq almağı təklif edir. Azərbaycan rəsmiləri Baş nazir Nikol Paşinyanın çıxışlarından nümunələr göstərərək tələbləri əsaslandırırlar”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: