İsrailin Baş naziri Benyamin Netanyahu Mayamidə yaşayan oğlu Yairin təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.
Nəşr yazır ki, Netanyahu HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın intiqam üçün onun oğlunu hədəf alacağından qorxub.
Həmçinin baş nazirin ölkə xaricində yaşayan digər israillilərin də təhlükədə olduğunu düşündüyü üçün tapşırıq verdiyi bildirilir.
İddialara görə, Yair Netanyahu 2023-cü ilin mart ayından Mayamidə yaşayır. Onun qorunması üçün İsrail xüsusi xidmət orqanlarından iki zabit göndərilib və bir sürücü xidmətinə verilib. Baş nazirin oğlunun mühafizəsinin ayda 55 min dollara başa gəldiyi deyilir.
Ayşən Mustafa
Globalinfo.az














