surucu 1

“Milli sürücülük vəsiqəsinin yenilənməsi ilə bağlı yayılan məlumatla əlaqədar bildirirəm ki, qanunvericiliyin tələbinə əsasən, sənədin hazırkı nümunəsində hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə məlumat və ya məhdudiyyətlər, o cümlədən eynəklə idarəetməyə dair qeyd olur”.

Globalinfo.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

“Eynəklə idarəetməyə dair qeyd, əvvəlki nümunədə yalnız yazılı şəkildə olurdusa, 2020-ci ildən sonra verilən sürücülük vəsiqələrində bu məlumat yazı ilə yanaşı, həm də “eynək” stikeri ilə göstərilir”, – deyə M.Ağayev əlavə edib.

***15:58

Azərbaycanda sürücülük vəsiqələrində yenilik edilib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, artıq vəsiqələrin üzərində “eynək” işarəsi olacaq.

Bu işarə sürücünün gözünün zəif olduğunu bildirir.

Yeni nəsil sürücülük vəsiqələri bu həftədən etibarən verilməyə başlayıb.

Azərbaycanda sürücülük vəsiqələrində YENİLİK

Paylaş: