yas olum

Lənkəran Dövlət Universitetinin (LDU) Tarix-coğrafiya və incəsənət fakültəsinin Sosial iş ixtisasının II kurs tələbəsi Musazadə Sinan Yalçın oğlu vəfat edib.

Globalinfo.az xəbər verir ki, LDU-nun Mətbuat xidmətindən tələbənin uzun sürən ağır xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilib.

LDU rektoru, universitetin professor- müəllim heyəti və tələbələri mərhumun ailəsinə başsağlığı veriblər.

Allah rəhmət eləsin!

Paylaş: