baki ehali 0

“Azərbaycanda süni intellekt və robotlaşmanın əmək bazarına təsiri hazırda qlobal trendlərlə müqayisədə daha yavaş  baş verir”.

Bunu Globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, bu ləngimənin arxasında həm iqtisadi struktur, həm də infrastrukturla bağlı konkret səbəblər dayanır:

“Ölkə iqtisadiyyatının mühüm hissəsi hələ də neft-qaz sektoru, kənd təsərrüfatı və xidmət sahələrinə söykənir. Xüsusilə kənd təsərrüfatı və tikinti kimi sahələrdə ucuz fiziki işçi qüvvəsinin bolluğu, bahalı avtomatlaşdırılmış sistemlərin və robotların tətbiqini iqtisadi baxımdan bəzi şirkətlər üçün hələ də səmərəsiz edir. Qabaqcıl Aİ proqram təminatlarının və robot texnikasının ölkəyə gətirilməsi, quraşdırılması və onlara xidmət göstərilməsi yerli şirkətlər üçün böyük maliyyə vəsaiti tələb edir”.

musfiq ceferov 9

Müşfiq Cəfərov

Deputatın sözlərinə görə, Aİ sistemlərini idarə edəcək, onlara nəzarət edəcək yerli mütəxəssislərin də sayı hələ ki, əmək bazarının tam transformasiyası üçün yetərli deyil:

“Doğrudur, bu proses zəif getsə də, tamamilə dayanmayıb. Azərbaycanda Aİ və avtomatlaşdırma artıq müəyyən sahələrdə özünü büruzə veri. Azərbaycan bu prosesdən tamamilə kənarda qala bilməz. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi rəqəmsallaşma strategiyaları və ölkədə Aİ üzrə milli strategiyanın hazırlanması istiqamətindəki addımlar yaxın illərdə bu keçidi daha da sürətləndirəcək. Bu isə o deməkdir ki, kütləvi işsizliyin qarşısını almaq üçün indidən kadrların yenidən hazırlanması  prosesinə başlanılmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: