İran regionda ABŞ-ın mövcudluğu ilə bağlı narahatlıq keçirir, lakin bu məsələdə Ermənistana etibar edir.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Erməni dostlarımızla sıx əlaqələr saxlayır və onlara etibar edirik”, –o bildirib.
Əraqçinin sözlərinə görə, Tehran Ermənistanın İranın təhlükəsizliyinə qarşı hər hansı addım atmadığına əmindir.