cq

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təliminə Cunqariya Alatausu dağlarında start verilib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetiriblər. Təlimin birinci günündə iştirakçılara dağçılıq ləvazimatlarından istifadə, sıldırım qayaya qalxma və enmə, yüksəklikdə ilkin tibbi yardımın göstərilməsi və yaralıların təxliyəsi üzrə təlimat-metodiki məşğələlər keçirilib.

Keçirilən təlimdə əsas diqqət döyüş tapşırığının icrası zamanı şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.

qa 2c15c57b607c388b01e6ad873fb82fc2 925248bb9050fa2c637e33afd4b5785e

 

4dc86203e972991e793562c0383bd64b a426e79acfde3482831f16b0fd4dade0 557972efd25b48b0ed4712b93fdd3b7d

Paylaş: