Ordumuzun polkovniki Türkiyə universitetinə təyinat aldı

“Türkiyə Cümhuriyyətinin 100 illiyi” və “Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illiyi” münasibətilə 2023-cü il üçün iki xüsusi təlim nəzərdə tutulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu çərçivədə birincisi Türkiyədə 19 aprel-10 may tarixlərində keçirilib, ikincisi isə 16-25 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək.

Kadr mübadiləsi çərçivəsində Azərbaycan Milli Müdafiə Universitetinin prorektoru, polkovnik Rəşad Tahirov Türkiyənin Milli Müdafiə Universitetində, MMU-nin prorektoru, professor doktor Tələt Canbolat isə bir il müddətinə Azərbaycan Milli Müdafiə Universitetinə təyinat alıblar.