1200x675 cmsv2 d824c2cc 77da 5d01 926c b4157da13636 8646686

“Kursk vilayətinin təhlükəli ərazilərindən 115 minə yaxın vətəndaş təxliyə edilib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiyası baş nazirinin birinci müavini Denis Manturov Prezident Vladimir Putinə məruzəsində bildirib.

Nazir müavini təxliyə olunan sakinlərin 29 müvəqqəti yaşayış məntəqəsinə yerləşdirildiyini açıqlayıb. D.Manturov sakinlərin təxliyəsinin davam etdiyini deyib.

Eyni zamanda həmin sakinlərə kənd təsərrüfatı və sənaye müəssisələrinə dəymiş zərərin ödənilməsinə başlanıldığı qeyd olunub.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: