pasinyan putin 1421

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü zamanı deyib ki, Kreml Cənubi Qafqazda vəziyyətin nizamlanmasına kömək etməyə çalışır. Rusiya prezidenti Bakıdakı danışıqların nəticəsi barədə Ermənistanın Baş naziri Nikol Paşinyanı məlumatlandıracağını qeyd edib.

Putin Nikol Paşinyanı üçtərəfli sülh danışıqlara cəlb edə biləcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, Putin və Əliyev arasındakı görüş çərçivəsində bir çox mühüm məsələlər müzakirə edilib:

“Liderlər arasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması istiqamətində də müzakirələr aparıldığı istisna deyil. Lakin bu gün danışıqlar prosesində olan tərəflər cəbhələşib. Yəni bir tərəf yox, Azərbaycan, Ermənistan, Rusiya, Avropa İttifaqı və ABŞ var. Çoxtərəfli vəziyyətə əsasən baş tutan müzakirələr bütün tərəflərin maraqlarını əhatə etməlidir”.

Samir humbetov

Samir Hümbətov

Politoloq xatırladıb ki, Rusiya prezidenti Bakıdakı danışıqların nəticəsi barədə Ermənistanın Baş naziri Nikol Paşinyanı məlumatlandıracaq:

“Lakin burada Qərbin Nikolu hansı istiqamətə yönəldəcəyi də vacib məsələdir. Çünki Paşinyan sabit fikir bildirən siyasətçi deyil.

Tərəflər bu məsələdə balansı qorumağa çalışırlar. Paşinyanın proseslə bağlı qərarını öyrənib, ona uyğun addım atacaqlar”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: