1724008110 66ab50ba 5d84 4559 8aae 462b7ad6bb7d

Bu gün Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, 50 saylı Abşeron üçüncü seçki dairəsindən deputatlığa namizəd Niyaməddin Orduxanlının seçki bukleti minlərlə evə göndərilib.

Globalinfo.az xəbər verir ki, bu barədə mətbuata açıqlama verən Orduxanlı bildirib ki, 50 saylı üçüncü seçki dairəsini 7 qəsəbə və kənd əhatə edir:
”İlk olarq Seçki Qərargahımın onlarla üzvü ilə Mehdiabad qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət etdik. Sonra Seçki Qərargahının üzvlərinin fədakarlığı nəticəsində minlərlə evə buklet göndərildi. Bütün qəsəbə və kəndlərdə yaşayan insanlara yaxınlaşıb bukletimi təqdim ediblər. Evlərin qapılarına qoyublar. Bəli, məhz minlərlə evə. Özümün anadan olduğum Mehdiabad qəsəbəsi daxil olmaql, Fatmayı, Görədil, Novxanı, Saray, Digah və Məmmədli kəndlərinə, təxminən, hər qəsəbə və kənddə olan 700-800 evə. Qəsəbə və kəndlərdə yayılan bukletimin şəkilləri Facebook və Tik-Tok səhifəmdə yayılıb. Bu hesablarımda yüzlərlə şəkil yayılııb. Bütün gücümüzlə seçki kampaniyasını aparırıq. Abşeron ictimaiyyəti məni kifayət qədər tanıyır. Hər kəsə çağrış edirik ki, sentyabrın 1-də seçki məntəqələrinə gəlib ƏHD Partiyasının hörmətli sədri Qüdrət Həsənquliyevin müavini, namizəd Niyaməddin Orduxanlıya səs verin. Mənim həm də sosial şəbəkələrdə çox geniş təblığatım aparılır. Yüz minlərlə sosial şəbəkə istidadəçilərinə seçki plakatım və uzun illər siyasi proseslərdəki iştirakımla bağlı məlumatlar çatdırılır. Növbəti mərhələdə görüşləri keçirməyi planlaırırıq…
Təblığat prosesinin verdiyi bütün vasitələrindən istifadə edəcəyik. Biz qalib gəlmək uğrunda mübarizə aparırıq”.
1724008106 46ef8f25 ef5d 4d34 8552 3497e6ba2f9d
1724008066 af8b8fd3 0544 412a 865e e0892fc5ccec
1724008090 7e40b437 2bc4 4cd1 84e9 3cee76c819b4
1724008104 d1eb3701 5437 4554 afb0 aa738b38987f

Paylaş: