Argentina millisinin kapitanı Lionel Messinin yığma komandadakı karyerasına nöqtə qoyacağı tarix müəyyənləşib. 39 yaşlı ulduz futbolçu oktyabr ayında sonuncu dəfə milli formanı geyinəcək.
Globalinfo.az bildirir ki, Argentina Futbol Assosiasiyası oktyabrın 6-da Buenos-Ayresdə Benin yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşü üçün Messini heyətə cəlb edib. AFA-nın açıqlamasında baş məşqçi Lionel Skaloni ilə razılaşdırılan bu matçın Messiyə layiq vida mərasimi olacağı vurğulanıb. Qarşılaşmaya 2022-ci ilin dünya çempionları da dəvət alıb.
Qeyd edək ki, milli heyətdə 207 oyuna 125 qol vuran Messi avqustda komandadan ayrılacağını elan etmişdi. Argentina beynəlxalq fasilədə Burkina Faso, Benin və Boliviya ilə qarşılaşacaq.